







Nicat Nusalov 11 noyabr 1990-cı ildə Bakıda anadan olmuşdur. 2013-cü ildə İstanbul Texniki Universitetinin Memarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə o, Reflect Architects studiyasını təsis etmişdir. Studiyada dövlət və özəl sifarişçilər üçün konseptdən işçi layihələndirməyə qədər kompleks memarlıq xidmətləri göstərilir. O, şəhərsalma, ictimai binalar, yaşayış kompleksləri və mədəni irs obyektləri üzərində çalışan komandaya rəhbərlik edir. Layihələri funksionallığı və kontekstə həssas yanaşması ilə fərqlənir. Əsas işlərinə Şərq Bazarının restavrasiyası, Qarabağ Atçılıq və Nəsilartırma Mərkəzi və Qarabağ bölgəsində kənd yaşayış məntəqələrinin layihələndirilməsi daxildir.